Milli Məclisin deputatı Etibar Əliyev şəhid ailələri ilə görüşdü. Bunu millət vəkili sosial hesabında qeyd edib. Etibar Əliyev bildirib ki,26 iyun Silahlı Qüvvələr Günü ərəfəsində 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidləri, Suraxanı rayonunun sakinləri olmuş mayor Rüfət Əsgərov, Mürsəl Kazımlı və Məhəmməd İsmayılzadənin ataları ilə görüşdüm. Şəhid mayor Rüfət Əsgərovun atası Mürvət qardaşım, Mürsəl Kazımlının atası Kamil qardaşım və Məhəmməd İsmayılzadənin atası Füzuli qardaşımla xeyli söhbətləşdik.

Millət vəkili qeyd edib ki,bu ataların yetişdirdiyi qəhrəman övladlar Azərbaycanın 30 il işğal altında qalmış torpaqlarımızın işğaldan azad olunmasında müstəsna xidmət göstəriblər və qisasımızı erməni barbarlarından alıblar. Rüfət, Mürsəl, Məhəmməd, eləcə də digər şəhidlərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında elə bir şanlı tarix yazıblar ki, bundan sonra min illər keçsə də onların göstərdiyi igidlik unudulmayacaq. Şəhidlərimizin göstərdiyi qəhrəmanlıqlar, düşmənin başını necə əzmələri haqqında kitablar yazılmalı, filmlər çəkilməli, eyni zamanda geniş maarifləndirmə işləri aparılmalıdır. Şəhid ataları ilə həmsöhbət olmaq çox xoş oldu deyə qeyd edib.

Allahdan bütün şəhidlərimizə rəhmət və onların valideynlərinə səbr diləyirəm.

Biz birlikdə güclüyük!


media-ads-728x90

Bənzər xəbərlər