Etirazçılar şəhərə od vurdular

44

 

Braziliyanın San-Paulo şəhərində həftəsonu 17 yaşlı gəncin ehtiyatsızlıq nəticəsində polis tərəfindən atəş açılaraq öldürülməsi gəncin ailəsinin və şəhər sakinlərinin etirazına səbəb olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, həftə sonu başlayan nümayişlərdə etirazçılar şəhərin mərkəzi iş yerlərini, ofislərini və avtobusları yandırıblar.

Dayanacaqda ələ keçirdikləri yanacaq dolu bir tankeri əks istiqamətə sürərək ətrafdakılara qorxulu anlar yaşadan nümayişçilər yük maşınlarının avtodayanacağını yandırıblar.

Braziliya polisinin məlumatına görə, nümayişlər hələ də davam etdirilir.