“Eurovision-2020”nin rəsmi sloqanı açıqlandı – Video

Gələn il Niderlandın Rotterdam şəhərində baş tutacaq “Eurovision” mahnı müsabiqəsinin rəsmi sloqanı açıqlanıb.

XALQ.AZ xəbər verir ki, müsabiqənin rəsmi Yutub kanalında yerləşdirilən videoda ilk dəfə “Eurovision-2020”nin sloqanı – “Open Up!” (“Açıl!”) səsləndirilib.

““Open Up!” şüarı məqsədli şəkildə natamam səslənir: bir-birimizə açılaq. Musiqiyə açıl. Rotterdama açıl. Seçəcəyiniz hər şeyə açıq olun – şüarı özünüzəməxsus şəkildə tamamlamaq üçün azadlığı hiss edin”, – “Eurovoision TV” müsabiqənin icraçı prodüseri Sits Bakkerin sözlərini sitat gətirir.  

Qeyd edək ki, müsabiqə 12-16 may 2020-ci il tarixlərində Rotterdamın “Rotterdam Ahoy” arenasında keçiriləcək.

Orxan