“Eurovision” da təxirə salına bilər

“Eurovision” rəhbərliyi koronavirusa yoluxma hallarının qarşısını almaq üçün müsabiqənin təxirə salınması barədə görüşlərə başlayıb.

XALQ.AZ xəbər verir ki, Rotterdamda keçirilməsi nəzərdə tutulan müsabiqənin iyun ayına keçirilməsi barədə müzakirələr aparılıb.

Bundan əlavə, təşkilat komitəsi müsabiqənin tamaşaçısız keçirilməsi barədə yayılan xəbərlərə də aydınlıq gətirib. Qeyd olunub ki, “Eurovision”un keçirilən iclasında sözügedən qərar qəbul edilməyib.