“Eurovision” təmsilçisi ağır avtomobil qəzası keçirdi

Avro

Türkiyəni “Eurovision 2012” musiqi yarışmasında təmsil edən məşhur müğənni Can Bonomo ağır avtomobil qəzası keçirib.

Xalq.az-ın məlumatına görə, Çanakkaledə konsert verməyə gedən Can Bonomo və komandasının içində olduğu avtomobil qəzaya uğrayıb. Sürcünün qəflətən idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq dəniz sahilindəki mühafizə dirəklərinə dəyib.Məşhur müğənninin və köməkçilərinin qəza zamanı yüngül bədən xəsarətləri aldıqları bildirilir.

Qəzadan sonra xəstəxanaya aparılan Bonomo ölümdən döndüklərini söyləyib: “Allah şükür ki, çox şey baş vermədi. Yüngül yaralandıq. Maşınımız uçurumun kənarında, dənizə bir addım qalmış dayandı”.