Ev şəraitində koronavirusdan müalicə olunanların sayı bilindi

“Üç həftəyə yaxın müddətdə ev şəraitində müalicə olunan 12 min 862 vətəndaş ambulator nəzarətdədir”. 

XALQ.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib.

O bildirib ki, həmin vətəndaşlardan səkkiz mindən çoxu laborator testi mənfi olanlar və xəstəxanadan çıxan, müalicəsi evdə davam edən, test nəticələri mənfi olsa da, COVID-19 xəstələri ilə ünsiyyətdə olanlardır:

“Hər gün bu vətəndaşlar sağalıb çıxır. Bu gün 255 nəfər sağalaraq, ambulator nəzarətdən də çıxarılıb. 

Poliklinikalar nəzdində yaradılan məntəqələrə 400-500 müraciət olur. Onların əksəriyyəti telefon vasitəsilədir. Bu gün poliklinikalarda götürülən yaxmalar altı minə yaxındır”.