Evdə darıxanlar üçün AzTV-dən YENİ LAYİHƏ

Azərbaycan Televiziyası (AzTV) koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində daha bir layihəyə start verir.
N

övbəti həftədən etibarən televiziya vətəndaşların xüsusi karantin rejimi dövründə evdə qalması və bu müddətdə zamanını maraqlı keçirməsi üçün “Eyvana çıx” adlı maraqlı layihəni ekranlara gətirir.

Həftənin 1-3-5-ci günləri günorta saatlarında ulduz müğənnilərin canlı konsert proqramlarını AzTV-nin efirində izləmək mümkün olacaq.