Evdən 45 min dollar oğurlayan şəxs saxlanılıb

Lənkəranda evdən 45 min dollar oğurlayan şəxs saxlanılıb.

Bu barədə XALQ.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Lənkəran Şəhər Rayon Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də rayon ərazisindəki evlərin birindən 45 min ABŞ dolları və 3500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Veravul kənd sakini F.Əhədzadə saxlanılıb.

XALQ.AZ