Eyvazov yeni rəis təyin etdi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis kapitanı Zaur Əliəkbərov Şəki Şəhər-Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi təyin edilib.

XALQ.AZ Oxu.az-a istinadən xəbər verir ki, indiyədək bu vəzifəni polis mayoru Rasim Namazov yerinə yetirib.

O, bir müddət əvvəl Şəki ŞRPŞ-nin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.