Eyvazov yeni rəis təyin etdi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polkovnik-leytenant Arzu Rzayev Kürdəmir Rayon Polis Şöbəsinə rəis təyin olunub.

XALQ.AZ Oxu.az-a istinadən xəbər verir ki, o, bundan əvvəl Siyəzən Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, bir müddət əvvəl Kürdəmir RPŞ-nin rəisi Sultan Zeynalov DİN-in Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi vəzifəsinə gətirilmişdi.