Fəzail Ağamalı gənc seçicilərlə görüşdü – VİDEO

fezail1

60 saylı Salyan-Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Fəzail Ağamalının gənc seçicilərlə görüşü keçirildi.

XALQ.AZ xəbər verir ki, Emin Bayramov Fəzail Ağamalının bioqrafiyasını görüş iştirakçılarının diqqətinə çatdırdı.

Deputatlığa namizəd çıxışında xalqımızın ərazi bütövlüyümüz və müstəilliyimiz uğrunda apardığı mübarizəni, 90-cı illərin əvvələrində ölkəmizin üzləşdiyi ağır durumu, istiqlalımızın və milli dövlətçiliyimizin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı faciəli günləri, Ulu Öndərimiz Heydər Əliyevin xalqımızın təkidli tələbi və iradəsilə siyasi hakimiyyətə gəlməsinin zəruriliyini, onun dövlət quruculuğu sahəsində həyata keçirdiyi çoxşaxəli və titanik fəaliyyəti konkret faktlarla önə çəkildi.

2003-cü ildə ölkə prezidenti seçilən cənab İlham Əliyevin son 16 ildə dövlətçiliyimiz qarşısındakı tarixi töhfələri və ölkəmizin əldə etdiyi əhəmiyyətli ugurların üzərində dayandı.

Daha sonra, gənclərimizi anti-azərbaycan və anti-milli quvvələrin məkrli planlarına qarşı iradə nümayiş etdirməyə və  dövlətçiliyimizin güclənməsi naminə  cənab prezidentimizlə  birgə olmağa çağırdı.

Səmimi şəraitdə keçən görüşdə gənclərdən Ramil Zeynallı, Şəhriyar Balaşlı, Pərviz Qənbərov, Cavid Hüseynov cənab prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasi xətti yüksək qiymətləndirdilər və hər zaman dövlətçiliyimizin yanında olduqlarını bildirdilər.

Görüşdən məmnun qalan gənclər Fəzail Ağamalının deputatlıq  fəaliyyətini müsbət dəyərləndirib, qarşıdan gələn parlament seçkilərində ona səs verəcəklərini bəyan etdilər.

XALQ.AZ