Fəzail Ağamalı Qaraçalada “Şəhidlər xiyabanı”nı ziyarət edib – FOTO/ VİDEO

modern.az esas f 353

60 saylı Salyan-Neftçala secki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı Qaraçala qəsəbəsi ərazisində yerləşən “Şəhidlər xiyabanı”nı ziyarət etdi.

XALQ.AZ xəbər verir ki, hər bir şəhid ayrı-ayrılıqda anıldı, məzarları üzərinə tər çiçəklər düzüldükdən sonra ruhlarına dualar oxundu.

Şəhid məzarlarının ziyarətindən sonra deputatlığa namizəd şəhid ailələri və kənd ağsaqqalları ilə görüşlər keçirdi. 

Fəzail Ağamalı şəhid anaları Qubadova Tahirə, Mustafayeva Nübar, Xəlilova Humayı,İsayeva Arəstə, şəhid İslam Ağayevin həyat yoldaşı Ağayeva Şəhla, tanınmış kənd ağsaqqallarından İmanverdiyev Mansur və digərlərilə görüşmüşdür.

Görüşlərdə şəhid ailələri üzərində dövlət qayğısının üzərində dayanıldı, şəhid ailələrinin sosial problemlərinin həlli ətrafında fikir mübadiləsi aparıldı. Görüşdə Fəzail Ağamalının şəhid ailələrinə ziyarəti yüksək qiymətləndirildi. 

9 Fevral 2020-ci ildə keçiriləcək Milli Məclisə seçkilərdə Fəzail Ağamalıya uğurlar arzuladılar.

IMG 20200131 WA00281580456605
IMG 20200131 WA00251580456605
IMG 20200131 WA00201580456605
IMG 20200131 WA00171580456605
IMG 20200131 WA00121580456605

XALQ.AZ