Fədayə Laçının məhkəməsi təxirə salındı

Hakim bildirib ki, o gəlməsə iclas keçirilə bilməz

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

XALQ.AZ xəbər verir ki,  hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Bəhruz Abdullayevin vəkilinin prosesə gəlmədiyi məlum olub.

Hakim bildirib ki, vəkil gəlmədiyi üçün iclas keçirilə bilməz.

Məhkəmə prosesi dekabrın 17-dək təxirə salınıb.

 

Orxan