Fəhlə beton altında qaldı

02

Bakı-Tiflis-Qars dəmiryolunun tikintisində bədbəxt hadisə: 1 ölü, 2 yaralı

Dəmiryolu tunelinin inşası zamanı çökən beton qəlibi işçilərin üzərinə tökülüb

 

Türkiyənin Qars vilayətində Bakı-Tiflis-Qars dəmiryolunda tikinti işləri zamanı bədbəxt hadisə baş verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən veriyi məlumata görə, Qarsın Arpaçay rayonu Güverçin kəndində dəmiryolu tuneli inşası zamanı çökən beton qəlibi işçilər Bünyamin Arslantaş (23 yaş) və Gökhan Tunçsoyun (27 yaş) üstünə aşıb.

Onları xilas etməyə çalışan Mustafa Özen də (33 yaş) beton qəlibiniin altında qalıb. 30 dəqiqə davam edən xilasetmə işlərindən sonra Gökhan Tunçsoyla Mustafa Özen beton qəlibinin altından çıxarılaraq xəstəxanaya göndərilib.

Adanadan olan Bünyamin Arslantaşın meyidi isə sıxılıb qaldığı yerdən çıxarılıb. Bünyamin Arslantaşla eyni tikintidə çalışan qardaşı Mehmet Aslantaş hadisədən əsəb sarsıntısı keçirib.