Fəxri adların verilməsi haqqında Prezidentin Sərəncamı

Azərbaycan Milli Kitabxanasının əməkdaşlarına “Əməkdar Mədəniyyət İşçisi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda kitabxana işinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adı verilsin:

Babayeva Təhminə Teymur qızı
Dadaşova Nəzakət Qurban qızı
Əliyeva Almaz Xəlil qızı
Əsədova Rəna Qurbanxan qızı
İsmayılova Ədibə İmaş qızı
Sevdimalıyeva Sarıgül Adıgözəl qızı
Səfərəliyeva Gülbəniz Cahangir qızı

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 sentyabr 2013-cü il.