“Fəxri adların verilməsi ilə bağlı dediyim fikirlər düzgün anlaşılmayıb”

“Fəxri adların verilməsi ilə bağlı dediyim fikirlər düzgün anlaşılmayıb. Söhbət gələcəkdə fəxri adların verilməsində sui-istifadə hallarının qarşısının alınmasından gedir”.

XALQ.AZ xəbər verir ki, bunu Mədəniyyət nazirinin birinci müavini, naziri vəzifəsini müvəqqəti icra edən Anar Kərimov jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, bu məqsədlə gələcəkdə hüquqi tənzimləyici mexanizmin yaradılması təklif edilib:

“Bu mexanizmə əsasən, orada aşkar meyarlar tətbiq olunacaq. Bu meyarlar vasitəsilə fəxri adlar üçün təqdim olunan namizədləri müstəqil komissiya nəzərdən keçirəcək.

Hesab edirik ki, qərarın gizli şəkildə qəbul edilməsi məqsədəuyğun olar. Bu, hələ bizim təklifimizdir. Bununla da gələcəkdə bu prosesdə hər hansı sui-istifadə halının qarşısını ala biləcəyik”.