Fəzail Ağamalı gəncləri təbrik etdi — FOTO

60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd olan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə təbrik müraciəti edib. 

XALQ.AZ xəbər verir ki, təbrikdə deyilir: 

“2 Fevral Azərbaycan Gəncləri Günü 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunmuşdur. Bu gün münasibətilə hər bir Azərbaycan gəncinə sağlam həyat, kreativlik, Dövlətçiliyimizə olan sevginizin sonsuz olmasını diləyirəm.


Gününüz mübarək AZƏRBAYCAN GƏNCLƏRİ!”.

XALQ.AZ