Fəzail Ağamalı seçicilərlə son görüşünü keçirdi – FOTO/VİDEO

60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı növbəti dəfə seçiciləri ilə görüş keçirib.

XALQ.AZ xəbər verir ki, görüşdə çıxış edən F.Ağamalı tutduğu vəzifədən asılı olmayaraq, ömrünün sonuna kimi xalqına xidmət edəcəyini bildirib.

Heydər Əliyevin milli düşüncə üçün müstəsna rol oynadığını qeyd edən F.Ağamalı bunları deyib:

“Heydər Əliyev 1969-cu ildə çox ciddi əhəmiyyət kəsb edən bir addım atdı. Həmin dövrdə Mərkəzi Komitənin birinci katibinin rəsmi yığıncaqlarında ana dilində danışmaq olmazdı. Ancaq Heydər Əliyev 1969-cu ildə bu stereotipləri qırdı və BDU-nun 50 illik yubileyində Azərbaycan dilində çıxış etdi. Bunun özü böyük hadisə idi. Bu hadisə milli şüurun inkişafında müstəsna rol oynadı, bizi ruhlandırdı”.

Qeyd edək ki, seçicilərlə görüşdə xalq artisti Nurəddin Mehdixanlı da iştirak edib.

XALQ.AZ