Fəzail İbrahimli sədr müavini seçildi

“Vətəndaş Həmrəliyi” Partiyasını təmsil edən deputat Fəzail İbrahimli Milli Məclisin vitse-spikeri seçilib.

XALQ.AZ xatırladır ki, Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndəsi Əli Hüseynli I vitse-spiker, bitərəflərin təmsilçisi Adil Əliyev də vitse-spiker seçiliblər.

Qeyd edək ki, Fazil İbrahimli 1951-ci ildə anadan olub. 1992-ci ildən “Vətəndaş Həmrəliyi” Partiyasının üzvüdür.

2000, 2005, 2010 və 2015-ci illərdə Milli Məclisin deputatı seçilib.