“Facebook” bu şəxslərə pul ödəyəcək

“Facebook” şirkəti 13-35 yaş aralığındakı istifadəçilərinə ayda 20 dollar ödəniş edir.

XALQ.AZ xəbər verir ki, şirkət bunun qarşılığında “Facebook Araşdırma Tətbiqi”ni qurmaları və bütün növ şəxsi bilgilərindən istifadə etmək şərtini qoyur.

Bu xüsusiyyət “Facebook”a sərhədsiz şəkildə istifadəçilərin məlumatlarını əldə etməyə icazə verir.

Bu bilginin ictimaiyyətdə yayılmasından sonra “Facebook” araşdırmanı “Apple” məhsullarında dayandırıb. “TechCrunch” texnoloji xəbərlər və analizlər portalının son araşdırmasına görə, sosial platformanın bu siyasəti “Apple” şirkətinin gizlilik siyasətini pozur.

Şirkətdən məsələ ilə bağlı verilən açıqlamada bu tətbiqin gizli şəkildə deyil, aşkar formada aparıldığı və istifadəçilərdən icazə alındığı bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.