“Facebook” istifadəçilərinə bəd xəbər

28

 

“Facebook”da gələn aydan etibarən e-poçt hesabı bağlanacaq
Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook”da gələn aydan etibarən e-poçt hesabı bağlanacaq.

ANS PRESS-in xəbərinə görə, “Facebook” e-poçt xidmətini 2010-cu ildə istifadəyə vermişdi.

Şirkətin böyük ümidlərlə həyata keçirdiyi facebook.com domenli e-poçt xidməti bu ilin mart ayından etibarən sona çatacaq.

Bağlama qərarının əsas səbəbi olaraq isə bu xidmətin kifayət qədər marağa səbəb olmamağı səbəb göstərilir.

Nəzərənizə çatdıraq ki, “Facebook” üzvlərinin “istifadəçiadı@facebook.com” şəklində e-poçt hesabı mövcuddur.

Bir çox istifadəçinin bu xidmətdən xəbəri yoxdur. Mart ayından sonra istifadəçilərin “Facebook.com” domenində olan e-poçt ünvanlarına gələn mesajlar üzvlərin qeydiyyat zamanı istifadə etdiyi e-poçt ünvanlarına yönləndiriləcək.

Bundan başqa əvvəllər göndərilən e-poçtlar isə “İsmarışlar” hissəsində “Digər ismarışlar” qutusunda görünəcək.