“Facebook” siyasi reklama qadağa qoymağa hazırlaşır

07085844.053067.3331

“Facebook” sosial şəbəkəsinin rəhbərliyi noyabrda ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi siyasi reklam yerləşdirilməsinə qadağa tətbiq etmək niyyətindədir.

“Bloomberg” xəbər verir ki, “Facebook” rəhbərliyi bu qərarla sosial şəbəkə istifadəçilərini seçki ilə əlaqəli yanlış təbliğatdan qorumağı düşünür.

Bununla yanaşı, “Facebook” rəhbərliyi reklam qadağasının seçki kampaniyasına mənfi təsir göstərə biləcəyindən, namizədlərin son xəbərlərə və ya yeni məlumatlara cavab vermək imkanlarından məhrum qalacaqlarından da narahatdır.

Mənbə yazır ki, mümkün qadağa hələ müzakirə olunur.