“Facebook” və “İnstagram”ın işində nasazlıqlar yaranıb

“Facebook” və “İnstagram” sosial şəbəkələrinin bütün dünya üzrə istifadəçiləri onların işindən problemlərlə üzləşiblər.

XALQ.AZ xəbər verir ki, bu barədə “Downdetector” xidmətinin səhifəsində bildirilib.

Məlumata əsasən, Facebook Messenger tətbiqinin işində də nasazlıqlar müşahidə olunub. Daha çox ABŞ, İngiltərə, Polşa, Portuqaliya, Braziliya istifadəçiləri şikayət ediblər.