“Facebook” yeni proqram üzərində çalışır

“Facebook” şəbəkəsi “Threads” adlı yeni proqram üzərində çalışır. Bu barədə “The Verge” xəbər yayıb.

XALQ.AZ xəbər verir ki, yeni proqram vasitəsi ilə istifadəçilər “İnstaqram”da “yaxın dostları” ilə paylaşımlar edə bilərlər.

Portalın məlumatına görə, mətnlər, foto və videolardan əlavə istifadəçilər yerlərini avtomatik olaraq paylaşa biləcəklər. Bundan əlavə, proqram avtomatik olaraq istifadəçinin xəttdə olub-olmadığını göstərəcək.

Məlumata görə, hazırda proqram test edilir. “Instagram” bununla bağlı şərh verməyib.