Fahişəlik etməməyimə görə öldürdüm

Bakıda ərini öldürməkdə təqsirləndirilən Vəfa Orucovanın cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, qadın 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Vəfa Orucova saxlanılıb.
İstintaqa ifadə verən Vəfa Orucova törətdiyi cinayəti etiraf edib. O, bildirib ki, içki düşkünü olan əri onu pul qazanmağa məcbur edib. Bu səbəbdən ər və arvad arasında dəfələrlə mübahisə düşüb. Mübahisə zamanı Rövşən Musayev arvadının fahişəlik edib, pul qazanmasını istəyib. Bu səbəbdən qadın bıçağa əl atmalı olub. İstintaq orqanı tərəfindən Vəfa Orucovanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında onun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Yeganə