Fahişə biznesi ilə məşqul olan qadın həbs edilib

45

Qadın həm evdə, həm də kafedə fahişə xidmətləri təşkil edirmiş

 

Bakının Nəsimi rayonu ərazisində kafelərin birində fahişələr tutulub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “Göygöl” kafesində əxlaqsızlıq yuvasının təşkil olunması barədə polisə məlum daxil olub.

Məlumata əsasən İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşları əməliyyat keçirib. Əməliyyat zamanı kafedə həqiqətən də fahişə xidmətinin göstərildiyi məlum olub. Kafeni işlədən Akifə Oruc qızı Hüseynova və bir neçə qadın saxlanılıb. Məlum olub ki, Akifə Hüseynova həmçinin mənzildə də qadınları fahişəliklə məşğul olmağa məcbur edirmiş

Faktla bağlı araşdırma aparılır.