Fahişələr üçün yolkənarı köşklər tikilir

65

 

Hökumət bildirir ki, 1,5 milyon dollara başa gələcək qaraj tipli köşklər peşəkar fahişələrin və onların müştərilərinin təhlükəsizliyini artırmaq üçün nəzərdə tutulub. Sürix şəhərində bu ayın axırında açılacaq köşklər bütün sutka ərzində işləyəcək.Fahişəlik İsverədə və Sürixdə leqaldır və belə köşklərin tikilməsi barədə qərar ötən noyabrda keçirilmiş referendumun nəticələrinə əsasən qəbul edilib. Köşklərə gedən yollar qırx fahişənin qarşısından keçir və beləliklə avtomobilli müştərilər seçdikləri qadınlarla qiyməti dərhal elə orada danışacaq, sonra köşkə gedəcəklər.”Seks zəhmətkeşləri” hər gün onlara iş icazəsi verən xüsusi icazə biletləri alacaqlar. Bizim pulla 3 manatdan da az edir. Lakin ən başlıcası budur ki, fahişələrin sağlamlıq barədə arayışları olmalılıdır.Köşk xiyabanına piyadaların və motosikletçilərin daxil olması qadağandır və hər bir köşkdə həyəcan siqnalizasiyası qurulub.Bu köşklər açıldıqdan sonra Sürix kişilərinin şəhərin iki məşhur məhəlləsində qadın ovuna çıxması qadağan ediləcək.Yeni köşk planı İsveçrədə sürətlə artan seks ticarətini cilovlamaq, fahişlərin təhlükəsizliyini qorumaq və onların ayağını şəhər mərkəzindən kəsmək məqsədi güdür. Ölkənin Rifah Nazirliyindən Maykl Herziq deyib ki, bu sahədə indiyədək cəngəllik qanunları işləyirdi. Məsələn, qiymət məsələsini qadınların özləri yox, dəllallar danışırdılar. Rəsmi bildirib ki, bu tədbir həm fahişələri, həm də sürixliləri razı salıb.