Falkao:”Argentina uduzur, yenə günahkar Messidir”

Kolumbiya millisinin hücumçusu Radamel Falkao “Barselona”nın kapitanı Lionel Messini müdafiə edib.
XALQ.AZ-ın xəbərinə görə, “Monako”lu futbolçu Argentina yığmasının Amerika kubokunun qrup mərhələsində Kolumbiyaya 0:2 hesablı məğlubiyyətinə görə tənqid olunan 31 yaşlı superulduzun bu cür münasibətə layiq olmadığını bildirib:
“Messi bir qol vuranda deyirlər ki, niyə dubl etmədi. Məhsuldar ötürmə verəndə deyirlər ki, daha çoxunu edə bilərdi. Yaxşı oynayanda deyirlər ki, müdafiəçilər zəif idi. Cərimə zərbəsindən fərqlənir, deyirlər ki, canlı sədd səhv yerdə dayanmışdı. Argentina uduzur, yenə günahkar Messidir. Dünyanın ən yaxşı futbolçusu olduğu üçün bu cür bədəl ödəməli olur”.

Yeganə


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.