Fatih Terim koronavirusa yoluxdu

Türkiyənin “Qalatasaray” futbol klubunun baş məşqçisi Fatih Terim koronavirusa yoluxub.

XALQ.AZ-ın məlumatına görə, bu barədə 67 yaşlı mütəxəssis rəsmi “Twitter” hesabı vasitəsilə ilə bildirib. 

O, koronavirus testinin müsbət nəticələndiyini və hazırda xəstəxanada olduğunu vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl “Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak da koronavirusa yoluxub.