Fatimə məktəb açdı

05

 

Rəqqasə Fatimənin “Banu-rəqs” adlı məktəbinin açılışı olacaq.

Xalq.az Axşam.az-a istinadən xəbər verir ki, F.Fətəliyeva vaxtının çoxunu tələbələri ilə keçirəcəyini deyib:

“Nəhayət, yeni işimi təqdim edəcəm. İnsanlar mənə müraciət edirdilər ki, “Rəqs öyrənmək istəyirik”, “Bizə rəqs öyrədə bilərsiniz?”. Bu kimi sual və istəklər məni düşünməyə məcbur etdi. İşlərimin çox olması “Banu-rəqs” məktəbini açmağa imkan vermirdi. Artıq hər şey qaydasındadır. Vaxtımın çox hissəsini tələbələrimlə keçirəcəm. Yeni açılacaq məktəbimdə milli rəqslərdən başqa, hind, müasir, bal, aerobika növləri və bəylə-gəlin rəqsinin öyrədilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, açılış mərasimi yaxın günlərdə baş tutacaq.