Fatma Yıldırım İşçi Qrupa rəhbər təyin olundu

fatmaa

Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun yeni rəhbəri məlum olub. 

XALQ.AZ-ın  məlumatına görə, bu, Milli Məclisin sentyabrın 30-da keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarında dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb. 

Layihəyə əsasən, Fatma Vidadi qızı Yıldırımın Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri təyin edilməsi təklif olunur.