Fatma Yıldırım Parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbəri oldu

fatmaaa

Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

XALQ.AZ xəbər verir ki, Azərbaycan – Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbər vəzifəsinə Fatma Yıldırımın namizədliyi irəli sürülüb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.