Fatma Yıldırım seçicilərinə təşəkkürünü bildirdi – Video

fatma yildirim 300620

“Millət vəkili daima seçicilərinin qarşısında hesabat verməyi bacarmalı, onların etimadını doğrultmalıdır”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım seçicilərinə təşəkkür edərkən deyib.

“Əziz dostlar, doğma Bərdə seçicilərim!

Bərdə rayonunun millət vəkili olaraq 2020-ci ilin mart ayından etibarən bu günədək olan dövrdə vətəndaş müraciətlərinə əsasən görülən işlərlə bağlı video-hesabatımızı diqqətinizə təqdim edirəm. Pandemiya səbəbi ilə yaranmış çətin vəziyyətə baxmayaraq daima yanınızda olmağa çalışdım və problemlərinizin həll olunması üçün maksimum səy göstərdim. Bərdənin inkişafı naminə seçicilərimin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlərin həyata keçirilməsi məni çox sevindirir. Bərdə sakinlərinin qayğıları ilə maraqlanmaq, onların problemlərini həll etmək mənim üçün başlıca vəzifələrdən biridir.

Millət vəkili daima seçicilərinin qarşısında hesabat verməyi bacarmalı, onların etimadını doğrultmalıdır. “Daha güclü Azərbaycan naminə” şüarı ilə çıxdığımız bu yolda sizlərlə bir yumruq olaraq gündən-günə Azərbaycan vətəndaşının daha da yaxşı yaşamasına nail olmağa çalışırıq.

Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, dövlət qulluqçuları xalqın xidmətçisi olmalıdır. Bu prinsipə əsaslanaraq Bərdə rayonunda məmurlar tərəfindən yaradılan bürokratik əngəllərlə bağlı şikayətlərə tərəfimdən dərhal reaksiya verilir. Əmin olun ki, mən xalqın mənafeyinə zidd hərəkət edən hər bir məmurla mübarizə aparmağı özümə borc bilirəm, haqsızlığa məruz qalmış hər bir seçicimin yanındayam.

Sevindirici haldır ki, Bərdə rayonunda illərdir insanların şikayət etdiyi infrastrukturla bağlı bir çox fundamental məsələlər aidiyyəti instansiyalara çatdırılır və bu istiqamətlə əsaslı işlərin aparılması prosesinə start verilib.
Bildiyiniz kimi, Bərdə gəncləri ilə iş də fəaliyyətimin əsas prioritetlərindən biridir. Çünki onların inkişafı və tərəqqisi aparılan dövlət siyasətinin və islahatların ən vacib amillərdən biridir. Bunun üçün müəyyən işlər görülüb və yeni layihələr hazırlanmaqdadır. Eyni zamanda, Qədim Bərdənin tarixi, mədəni irsinin qorunub saxlanılması, təbliği və gələcək nəsillərə olduğu kimi çatdırılması missiyamızın önəmli hissəsidir.

Yeni Azərbaycan Partiyasının və cənab Prezidentimizin humanist siyasətini davam etdirərək, bundan sonra da sizlərə söz verdiyim kimi fəaliyyətimi “əlçatan millət vəkili” prinsipinə sadiq qalaraq icra edəcəyəm.


Bir daha etimadınıza və mənə göstərdiyiniz dəstəyə görə sizlərə dərin təşəkkürümü bildirirəm”.

Əziz dostlar, doğma Bərdə seçicilərim!Bərdə rayonunun millət vəkili olaraq 2020-ci ilin mart ayından etibarən bu günədək olan dövrdə vətəndaş müraciətlərinə əsasən görülən işlərlə bağlı video-hesabatımızı diqqətinizə təqdim edirəm. Pandemiya səbəbi ilə yaranmış çətin vəziyyətə baxmayaraq daima yanınızda olmağa çalışdım və problemlərinizin həll olunması üçün maksimum səy göstərdim. Bərdənin inkişafı naminə seçicilərimin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlərin həyata keçirilməsi məni çox sevindirir. Bərdə sakinlərinin qayğıları ilə maraqlanmaq, onların problemlərini həll etmək mənim üçün başlıca vəzifələrdən biridir. Millət vəkili daima seçicilərinin qarşısında hesabat verməyi bacarmalı, onların etimadını doğrultmalıdır. “Daha güclü Azərbaycan naminə” şüarı ilə çıxdığımız bu yolda sizlərlə bir yumruq olaraq gündən-günə Azərbaycan vətəndaşının daha da yaxşı yaşamasına nail olmağa çalışırıq.Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, dövlət qulluqçuları xalqın xidmətçisi olmalıdır. Bu prinsipə əsaslanaraq Bərdə rayonunda məmurlar tərəfindən yaradılan bürokratik əngəllərlə bağlı şikayətlərə tərəfimdən dərhal reaksiya verilir. Əmin olun ki, mən xalqın mənafeyinə zidd hərəkət edən hər bir məmurla mübarizə aparmağı özümə borc bilirəm, haqsızlığa məruz qalmış hər bir seçicimin yanındayam. Sevindirici haldır ki, Bərdə rayonunda illərdir insanların şikayət etdiyi infrastrukturla bağlı bir çox fundamental məsələlər aidiyyəti instansiyalara çatdırılır və bu istiqamətlə əsaslı işlərin aparılması prosesinə start verilib.Bildiyiniz kimi, Bərdə gəncləri ilə iş də fəaliyyətimin əsas prioritetlərindən biridir. Çünki onların inkişafı və tərəqqisi aparılan dövlət siyasətinin və islahatların ən vacib amillərdən biridir. Bunun üçün müəyyən işlər görülüb və yeni layihələr hazırlanmaqdadır. Eyni zamanda, Qədim Bərdənin tarixi, mədəni irsinin qorunub saxlanılması, təbliği və gələcək nəsillərə olduğu kimi çatdırılması missiyamızın önəmli hissəsidir.Yeni Azərbaycan Partiyasının və cənab Prezidentimizin humanist siyasətini davam etdirərək, bundan sonra da sizlərə söz verdiyim kimi fəaliyyətimi "əlçatan millət vəkili" prinsipinə sadiq qalaraq icra edəcəyəm. Bir daha etimadınıza və mənə göstərdiyiniz dəstəyə görə sizlərə dərin təşəkkürümü bildirirəm.#Bərdə #Hesabat #FatmaYıldırım #bizbirlikdəgüclüyük

Gepostet von Fatma Yıldırım am Donnerstag, 6. August 2020

XALQ.AZ