Fatma Yıldırım şəhid ailələri ilə görüşdü

Milli Məclisin deputatı Fatma Yıldırım şəhid ailələri ilə görüşüb.

Millət vəkili XALQ.AZ-a bildirib ki, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini daim yad etmək və onların ailələrinə qayğı ilə yanaşmaq bizlər üçün müqəddəs bir vəzifədir.

Millət vəkili olaraq təmsil etdiyim Bərdə rayonunda Vətən müharibəsində şəhidlərimizin ailələrini ziyarət etməyə davam edirik.Bərdə şəhərində şəhid çavuş Xıdırov Ərəstun Arif oğlunun, şəhid əsgər Rəhimli Baxış İlqar oğlunun və rayonun Otuzikilər kəndində şəhid çavuş Mehbalıyev Elşən Təvəkkül oğlunun ailələrinə baş çəkdik. Şəhidlərin ailə üzvləri qəhrəman oğullarımızın müharibə zamanı göstərdikləri igidliklərdən bəhs etdilər, onlarla bağlı xatirələrini bizimlə bölüşdülər.Xalqımıza qələbə sevinci bəxş etmiş bu oğullarımız aramızda olmasa da, onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!