Fatma Yıldırım şəhid ailələrini ziyarət etdi-Fotolar

Milli Məclisin deputatı Fatma Yıldırım şəhid və qazi ailələrini ziyarət edib.

DeputatXALQ.AZ-a bildirb ki, Bərdə rayon şəhidlərinin ailələrini ziyarət etməyə davam edirik.

Əsgər Ədilov Səid Həsən oğlu, əsgər Hümbətzadə Şahmuraz Əyyub oğlu, əsgər Qəribzadə Fəxri Elmir oğlu, əsgər Nağıyev Baloğlan Müdahət oğlu, əsgər Hüseynzadə Elməddin Fərman oğlu, əsgər Allahverənov Məhəmməd Zöhrab oğlu, əsgər Hümbətov Səfayət Ələddin oğlu, baş çavuş Abbasov Elvin Şamil oğlu və leytenant Əlizadə Pərvin Vüqar oğlunun ailələrini bir daha ziyarət etdik, vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın əziz xatirələrini yad etdik.

Görüşlər zamanı şəhid olan övladları ilə fəxr duyan valideynlərin mənəvi gücünün şahidi olduq.

Bir daha gördük ki, bu torpaq vətəni üçün hər şeyini qurban verməyə hazır olan igidlər yetişdirir.

Deputat qeyd edib ki, hər zaman şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşmalı, problemlərinin həlli istiqamətində hamılıqla səfərbər olmalıyıq. Vətəndaşlıq borcumuzu yerinə yetirməliyik.Bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Ruhları şad olsun!

XALQ.AZ