Deputat təkliflə çıxış etdi- “Vergi mədəniyyətinin aşılanmasında, formalaşmasında yeni üslüblardan da istifadə etməliyik” – Video

“Vergi Məcəlləsinə təklif edilən dəyişiklikləri mən də dəstəkləyirəm və lehinə səs verəcəyimi bildirirəm”.

XALQ.AZ xəbər verir ki, bunu millət vəkili Fatma Yıldırım bu gün Milli Məclisin Plenar iclasındakı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yaranmış vəziyyət ölkəmizin iqtisadiyyatına müəyyən qədər təsir edir:

“Bu gün bütün dünyanı bürümüş koronavirus pandemiyası qlobal iqtisadiyyata da özünün ciddi mənfi təsirini göstərməkdədir. Yaranmış vəziyyət ölkəmizin iqtisadiyyatına müəyyən qədər təsir edir. Belə bir şəraitdə Vergi Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi yerində və zamanında atılan addımlardır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanda çevik vergi siyasətini həyata keçirməyə qadir olan vergi xidməti yaradılıb. Bilirsiniz ki, son illər digər sahələrdə olduğu kimi vergi sistemində də dərin islahatlar həyata keçirilib, vergi qanunvericiliyi əhəmiyyətli dərəcədə təkmilləşdirilib, vergi xidməti beynəlxalq standartlara uyğun qurulub. Eyni zamanda, kadr islahatlarının aparılması da bu sahədə şəffaflığın artırılmasına müsbət təsir göstərib və bu fakt büdcə daxilolmalarında öz əksini tapmışdır. Artıq vergi xidməti əməkdaşları ilə vergi ödəyiciləri arasında necə deyərlər, konstruktiv münasibətlər formalaşıb, öncəki dövrlərdə fiziki və hüquqi şəxslər vergi dairələrindən bir növ uzaqlaşırdılar, dialoq qurmaqdan çəkinirdilər, lakin bu gün hər bir vətəndaş lazımi məlumatı çevik əldə edir, qarşılıqlı əməkdaşlığın vacibliyini hiss edir, vergi əməkdaşlarının xalqın xidmətində olduqlarını görürlər.

Millət vəkilinin sözlərinə görə, bu gün kölgə iqtisadiyyatına qarşı ölkəmizdə ciddi mübarizə aparılır.

“Bu mübarizənin daha effektli aparılması üçün inzibati tədbirlərlə yanaşı maarifləndirmə işləri də gücləndirilməli, vətəndaşlara vergi mədəniyyətinin aşılanmasında, formalaşmasında yeni üslüblardan da istifadə etməliyik. Bildiyiniz kimi, vergi intizamı və vergi mədəniyyəti hər bir ölkədə sosial rifah və tərəqqinin mühüm şərtlərindən biridir. Ona görə də, vətəndaşlar vergi ödəyicisi olmaqdan qürür duymağı bacarmalıdır. Bunun üçün isə dediyim kimi maarifləndirici işlər daha da gücləndirilməlidir. Bu gün hər bir inkişaf etmiş ölkədə vətəndaşlar vergi ödəməyi özlərinin başlıca vəzifəsi hesab edirlər. Çünki bilirlər ki, vergilərin ödənməsi dövlətin gücü və sosial rifahı deməkdir. Avropa ölkələrində vergi mədəniyyətini uşaq bağçaları, orta məktəblər səviyyəsindən interaktiv formada təbliğ etməyə başlayırlar, tədris proqramlarında bu istiqamətə geniş yer ayrılır. Hesab edirəm ki, bu çox vacibdir! Məqsəd odur ki, yetişən nəsillər gələcəkdə vergi ödəyicisi olmaqdan qürur duysunlar, öz dövlətinin inkişafına, güclənməsinə töhfə versinlər.

Millət vəkili Təhsil Nazirliyinə də müraicət edib: “Təklif edirəm ki, bu müsbət təcrübə ölkəmizdə də tətbiq olunsun, vergi mədəniyyəti istiqamətində dərslər ilk siniflərdən, hətta bağçalardan təbliğ olunmağa başlasın. Gələcək tədris proqramları hazırlanarkən vergi mədəniyyətinin yetişən, formalaşan nəsilə daha dərindən aşılanması üçün müvafiq addımlar atılsın”.

Əziz dostlar, doğma seçicilərim! Bu gün Milli Məclisin Plenar iclasındakı çıxışımı təqdim edirəm:"Vergi Məcəlləsinə təklif edilən dəyişiklikləri mən də dəstəkləyirəm və lehinə səs verəcəyimi bildirmək istəyirəm. Bu gün bütün dünyanı bürümüş koronavirus pandemiyası qlobal iqtisadiyyata da özünün ciddi mənfi təsirini göstərməkdədir. Yaranmış vəziyyət ölkəmizin iqtisadiyyatına müəyyən qədər təsir edir. Belə bir şəraitdə Vergi Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi yerində və zamanında atılan addımlardır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanda çevik vergi siyasətini həyata keçirməyə qadir olan vergi xidməti yaradılıb. Bilirsiniz ki, son illər digər sahələrdə olduğu kimi vergi sistemində də dərin islahatlar həyata keçirilib, vergi qanunvericiliyi əhəmiyyətli dərəcədə təkmilləşdirilib, vergi xidməti beynəlxalq standartlara uyğun qurulub. Eyni zamanda, kadr islahatlarının aparılması da bu sahədə şəffaflığın artırılmasına müsbət təsir göstərib və bu fakt büdcə daxilolmalarında öz əksini tapmışdır.Artıq vergi xidməti əməkdaşları ilə vergi ödəyiciləri arasında necə deyərlər, konstruktiv münasibətlər formalaşıb, öncəki dövrlərdə fiziki və hüquqi şəxslər vergi dairələrindən bir növ uzaqlaşırdılar, dialoq qurmaqdan çəkinirdilər, lakin bu gün hər bir vətəndaş lazımi məlumatı çevik əldə edir, qarşılıqlı əməkdaşlığın vacibliyini hiss edir, vergi əməkdaşlarının xalqın xidmətində olduqlarını görürlər. Bu gün kölgə iqtisadiyyatına qarşı ölkəmizdə ciddi mübarizə aparılır. Bu mübarizənin daha effektli aparılması üçün inzibati tədbirlərlə yanaşı maarifləndirmə işləri də gücləndirilməli, vətəndaşlara vergi mədəniyyətinin aşılanmasında, formalaşmasında yeni üslüblardan da istifadə etməliyik.Bildiyiniz kimi, vergi intizamı və vergi mədəniyyəti hər bir ölkədə sosial rifah və tərəqqinin mühüm şərtlərindən biridir. Ona görə də, vətəndaşlar vergi ödəyicisi olmaqdan qürür duymağı bacarmalıdır. Bunun üçün isə dediyim kimi maarifləndirici işlər daha da gücləndirilməlidir. Bu gün hər bir inkişaf etmiş ölkədə vətəndaşlar vergi ödəməyi özlərinin başlıca vəzifəsi hesab edirlər. Çünki bilirlər ki, vergilərin ödənməsi dövlətin gücü və sosial rifahı deməkdir. Avropa ölkələrində vergi mədəniyyətini uşaq bağçaları, orta məktəblər səviyyəsindən interaktiv formada təbliğ etməyə başlayırlar, tədris proqramlarında bu istiqamətə geniş yer ayrılır. Hesab edirəm ki, bu çox vacibdir! Məqsəd odur ki, yetişən nəsillər gələcəkdə vergi ödəyicisi olmaqdan qürur duysunlar, öz dövlətinin inkişafına, güclənməsinə töhfə versinlər.Mən fürsətdən istifadə edərək, burdan Təhsil Nazirliyinə səslənmək istəyirəm. Təklif edirəm ki, bu müsbət təcrübə ölkəmizdə də tətbiq olunsun, vergi mədəniyyəti istiqamətində dərslər ilk siniflərdən, hətta bağçalardan təbliğ olunmağa başlasın. Gələcək tədris proqramları hazırlanarkən vergi mədəniyyətinin yetişən, formalaşan nəsilə daha dərindən aşılanması üçün müvafiq addımlar atılsın".#MilliMəclis #FatmaYıldırım #BƏRDƏ

Gepostet von Fatma Yıldırım am Freitag, 1. Mai 2020

XALQ.AZ