Fatma Yıldırımın namizədliyi təsdiqləndi

Fatma Yıldırımın namizədliyi qeydə alınıb.

XALQ.AZ məlumat verir ki, DSK-dan məlumatı təsdiqləyiblər .

Qeyd edib ki, Fatma Yıldırımın namizədliyi 93 saylı Bərdə Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeydə alınıb.

Fatma Yıldırımın namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.

O, facebook səhifəsində təşəkkürünü bildirib:

“İlk növbədə namizədliyimin irəli sürülməsinə görə YAP-ın sədri, möhtərəm prezidentimiz cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. Həmçinin, ilkin mərhələdə mənə öz imzaları ilə dəstək olan, etimad göstərən Bərdə seçicilərinə təşəkkür edirəm”.

XALQ.AZ