Fazil Məmmədovun bahalı avtomobilləri satışa çıxarıldı

Sabiq Vergilər naziri Fazil Məmmədov bahalı avtomobillərini satmağa başlayıb.
XALQ.AZ xəbər verir ki, bakuPost-a daxil olan məlumata görə, keçmiş məmur-oliqarx bu avtomobillərini bazar qiymətindən xeyli ucuz təklif edir. Bunun səbəbi isə adına olan əmlakları təcili sürətdə azaltmaq istəməsidir.
F.Məmmədovun yaxın ətrafından sızdırılan xəbərə görə, keçmiş nazirin bir neçə rayonda malikanəsi olub. Hər malikənsinin qarajında isə bahalı avtomobillər saxlayırmış. Satışa da məhz həmin avtomobillər çıxarılıb. Bu günlərdə keçmiş nazirin Şəmkirdəki evinin qarajında saxlanılan “Land Rover Discovery” maşını satılıb. Məmmədov doğulduğu rayona gedəndə 2011-ci il istehsalı olan ful kompilektasiyalı həmin maşını idarə edirmiş. Avtomobilin 65 000 manata satıldığı bildirilir.
Qeyd olunur ki, avtomobillərin satışı ilə sabiq nazirin bacısı oğlu məşğul olur.
Məlumatlı mənbənin sözlərinə görə, keçmiş nazir təkcə avtomobillərini deyil, bir neçə mülkünü də satışa çıxarıb.