Fərid Qayıbov bu vəzifədən uzaqlaşdırıldı
Bu gün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinə yeni üzvlər seçilib. IX Hesabat-seçki baş məclisində növbəti 4 il müddəti üçün İcraiyyə Komitəsi üzvlərinin adları müəyyənləşib.
Azərbaycan Prezidenti İlham Əliyev baş məclisdə növbəti dəfə MOK-un prezidenti seçilib.
XALQ.AZ-ın məlumatına görə, Prezident İlham Əliyev, Azər Əliyev, Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, Fərid Mansurov, Elnur Məmmədli, Faiq Qarayev, Alla Həsənova, Nazim Hüseynov və Namiq Abdullayev MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
İcraiyyə Komitəsinin yeni tərkibində dəyişikliklərdən biri vitse-prezident postu ilə bağlı olub. Belə ki, əvvəlki dövrdə bu vəzifəni tutan Fərid Qayıbovun yerinə Fərid Mansurov vitse-prezident seçilib.
Qeyd edək ki, Fərid Mansurov 2004-cü ildə Afinada keçirilən XXVIII Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində qızıl medal qazanıb.
Xatırladaq ki, bundan əvvəl Fərid Qayıbov III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin rəhbəri vəzifəsini itirib. Onun yerinə Baş nazirin müavini Samir Şərifov təyin edilib, Fərid Qayıbov isə onun müavini olub.