Fermerlər həyacan təbili çalır

 

13

 

Baytarlıq xidməti biznes srategiyasını davam etdirir

 

Bir müddət əvvəl İraq, Türkiyə və İran ərazilərində qeydə alınan, iribuynuzlu heyvanlar arasında yayılan nodulyar dermatit virus xəstəliyinin kliniki əlamətləri ölkəmizin bölgələrində saxlanılan heyvanlar arasında müşahidə olunmaqdadır.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Xidmətindən KİV-də məlumat verilib. Hazırda xəstəlik müşahidə edilən heyvanlar artmaqdadır lakin  müalicə tədbirləri ödəniş əsasında həyata keçirilir. Bu məlumatı bölgələrdə fəaliyyət göstərən fermerlər bildiriblər.
KİV-də verilən məlumatlarda bildirilir ki, kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına əsasən, xəstəliyin qarşısının alınması məqsədilə bir sıra rayonların heyvan bazarları bağlanıb. Bazarlar rəsmi bağlansa da, baytarlıq xidmətinin bəzi işbazları öz çirkin əməllərini həyata keçirib xəstə eyvanlara sağlamlıq rəyi verərək paytaxtda iaşə obyektlərinə viruslu ət satılmaqdadır. Bu da vətəndaşların zəhərlənməsi ilə müşayət olunur.  Bölgələrdən müraciət edən fermerlər bu məsələ ilə bağlı həyacan təbili çalırlar. Belə ki,  Beylaqanlı fermerlər bildirirlər ki, virusla bağlı profilaktik tədbirlər rayon baytarlıq xidmətində ödənişli üsüllarla həyata keçirilir. Baytarlıq idarəsinə müraciət edirik lakin min-bir bahanə gətirirlər,pul almasalar heyvanlara nə iynə vururlar nə də ki, dezinfeksiya işlərin aparırlar. Şikayət etdik də isə bildirirlər ki, Baş idarədən dərman gözləyirlər, dərman olanda gələcəklər. Amma imkanlı sahibkarların fermalara hər gün baytarlıq idarəsinin əməkdaşları qutu-qutu dərmanları daşıyırlar əlbəttə ki, ödənişli əsaslarla. Bu hal tək Beylaqanda deyil həmçinin Göranboyda və Bərdədə müşayət olunur.Rayon baytarlıq idarələrində özbaşınalıq baş alıb gedir. Fermerlər bildirirlər ki, onsuzda çətin vəziyyətdə yaşayırıq kredit götürüb bir neçə baş mal-qara almışıq ailəmizi dolandıraq amma bu virusda bizi müflis edicək. Lakin rayon baytarlıq xidmətləri profilaktik baytarlıq-sanitariya tədbirləri həyata keçirmirlər.

 

 

Qarşı tərəflərində mövqeylərini dərc etməyə hazırıq.