Fermerlərə müraciət

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti pambıq əkinlərində nəticələrin yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə herbisidlərdən istifadə edilməsinin vacibliyini torpaq mülkiyyətçilərinin diqqətinə çatdırır.

XALQ,AZ xəbər verir ki, pambıq sahəsinin alaqlarla sirayətlənmə dərəcəsindən asılı olaraq xam pambıq məhsulunun 20%-dən çox hissəsini azaltmaqla, onun keyfiyyətini aşağı salır. Pambıq istehsalında əsas əmək tutumlu əməliyyatlardan biri alaqlarla əllə və ya mexaniki mübarizədir ki, bu da məhsulun maya dəyərinin yüksəlməsinə səbəb olan əsas amillərdən biridir. Bunun üçün də əsas diqqət alaq otlarına qarşı mübarizədə kimyəvi (herbisidlərin tətbiqinə) üsullara verilməlidir.

Əkin sahələrində alaqlarla kimyəvi mübarizə aparıldıqda, məhsulun maya dəyəri aşağı düşür, pambığın lif keyfiyyəti yaxşılaşır, zərərverici və xəstəliklərlə sirayətlənməsi məhdudlaşır, gələcəkdə pambığın maşınla yığılmasına optimal zəmin yaranır. Bütün bunları nəzərə alaraq herbisidlərdən istifadə qaydalarına ciddi riayət olunmalıdır. Pambıq əkinlərində herbisidlərin tətbiqi əsasən səpindən öncə, səpinlə birlikdə, cücərtilər çıxana 3 gün qalanadək və çıxışdan sonra aparılır.

Pambiq səpinindən öncə istifadə olunması tövsiyyə olunan herbisidlərdən QAMBİT  (prometrin, 500 q/l) preparatidir.

Sürətli herbisid effektliyi nümayiş etdirir və tətbiq olunduqdan sonra 10-12 həftə qoruma təsirinə malikdir. Becərilən mədəni bitkilərə qarşı yuksək seçicilik xüsusiyyəti var. Pestisidin tətbiqindən sonra növbəti illərdə tətbiq olunan növbəli əkinlər zamanı mədəni bitkilərə heç bir mənfi  təsir göstərmir.

Preparat tətbiq olunmamışdan əvvəl zavod taralarında çalxalanmalıdır. Çiləyici çənini ½ təmiz su ilə doldurmaq, qarışdırma mexanizmini işə salmaq, preparatın hesablanmış və ölçülmüş miqdarını əlavə emək, çiləyici çəm tam dolana qədər doldurulmasını davam etdirmək və qarşıdırmaq lazımdır. Boşalmış taranı 3 dəfə su ilə yaxalamaq və bu suyu çənə əlavə etmək lazımdır.İşçi məhlulunun homogenliyini təmin edilməsi üçün dərmanlama zamanı daqarışdırılma davam etməlidir.  Herbisid 1 hektar sahəyə 200-250 litr suda həll olmaqla, yüngül torpaqlarda bir hektar üçün 3 litr, ağır torpaqlarda isə bir hektar üçün 5 litr məsarif normasında tətbiq olunur.

 

 

Elgün