FHN-in mətbuat katibi işdən azad olundu

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı tutduğu vəzifədən azad olunub.
Y.Babanlı öz ərizəsilə işdən ayrılıb.
Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib:
“Mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bir müddət öncə – mayın 29-dan etibarən öz ərizəsilə işdən ayrılıb. Hələlik yerinə təyinat olmayıb”.
Qeyd edək ki, Y.Babanlı bu il martın 1-də Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmrilə mətbuat katibi təyin olunmuşdu.
XALQ.AZ

Yeganə