Fidel Kastronu belə görməmişdiniz (FOTO)

F-1

Kubanın əfsanəvi lideri, bu ölkədə inqlabın rəmzi olan Fidel Kastronun sosial şəbəkədə qeyri-adi fotosu yayılıb.

XALQ.AZ-ın xəbərinə görə, inqlabçı lider bu fotoda minlərlə tamaşaçının olduğu stadionda beyzbol oynayır.

Əlində tutduğu beyzbol dəyənəyi ilə vuruş edən Kastronun əynində ənənəvi olaraq hərbi geyim var.

Məlumata görə, şəkil 1959-cu ildə Kastro 33 yaşında ikən paytaxt Havana şəhərində çəkilib.

Fidel Kastro 1926-cı ilin 13 avqust günü Kubanın Mayari şəhərində anadan olub. 1959-cu ildə Kubanın baş naziri olan Fidel Kastro 1961-ci ildə bu ölkədə sosializmi elan edib. Keçmiş SSRİ-nin ən böyük müttəfiqlərindən olan Kastro hər zaman ABŞ-a meydan oxuması ilə məşhur olub.

F-2