Fikrət Fəraməzoğlu: Heç bir aclıq aksiyasına başlamamışam – Foto

Yanvarın 14-də məhkum Fikrət Fəraməzoğlu (İbişbəyli Fikrət Fəraməzoğlu) Kütləvi İnformasiya Vasitələri nümayəndələrinə müraciət ünvanlayıb.

XALQ.AZ  F.Fəraməzoğlunun əllə yazdığı müraciəti təqdim edir:

“Hörmətli media nümayəndələri!

Sosial şəbəkələrdə mənim adımdan Mehman Hüseynova dəstək olmaq məqsədi ilə aclıq aksiyasına başladığım barədə məlumat yayılıb. Nəzərinizə çatdırım ki, mən heç bir aclıq aksiyasına başlamamışam. Hal-hazırda qida qəbul edirəm, saxlanılma şəraitimdən və qidalanmadan narazılığım yoxdur. Ona görə də, hər kəsdən xahiş edirəm ki, mənim adımdan gələcəkdə hər hansı məlumatlar yayan zaman mənimlə və ya mənim vəkillərimdən dəqiqləşdirilmə aparılısın.

Onu da diqqətinizə çatdırım ki, hal-hazırda 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılıram. Hal-hazırda aclıq aksiyası keçirmirəm, eyni zamanda, bu müəssisədə saxlanılan məhkumlardan da aclıq aksiyası keçirən yoxdur”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.