Fikrət Məmmədov qəbul keçirəcək

Ədliyyə naziri Fikrət Məmmədov Ağstafa, Qazax və Tovuz rayonlarından olan vətəndaşları qəbul edəcək.

 

XALQ.AZ  xəbər verir ki, Ədliyyə Nazirliyindən  sentyabrın 21-də Qazaxda keçirilməsi nəzərdə tutulan görüş Ağstafa rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Ağstafa şəhəri, Hüseyn Arif küçəsi 2) olacaq.

Qəbulda yuxarıda adları qeyd olunan rayonların vətəndaşlarının ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Şəmkir regional ədliyyə idarəsi (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 2; əlaqə telefonu: (02230) 5-48-81, (050) 396-91-20), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Ağstafa rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına müraciət etmək lazımdır.

 

 

Orxan