Firəngiz Mütəllimovaya ağır itki

XALQ,AZ xəbər verir ki, Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Firəngiz Mütəllimovaya ağır itki üz verib.
Sənətkarın xalası oğlu 50 yaşlı Şamo İbrahimov dünyasını dəyişib.
Firəngiz Mütəllimova açıqlamasında bu itkidən çox üzüldüyünü dedi:
“Şamo ən çox sevdiyim xalam oğlu idi. Ailəli idi, iki övladı var. Bir müddət öncə infarkt keçirmişdi, müalicə olundu, yaxşı idi. Bazara getdiyi yerdə qəfildən yıxılıb, elə oradaca dünyasını dəyişib. Çox üzgünəm…”.

Elgün