Prezident Firuddin Nəbiyevi təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu təltif edilib.
Təltif olunan hərbi qulluqçular arasında tibb xidməti polkovniki Firuddin Nəbiyev də var.
Prezident Firuddin Nəbiyevi “Hərbi xidmətlərə görə” medalı ilə təltif edib.
XALQ.AZ

Yeganə


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.