Firudin Qurbanov görüş keçirib

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, BDU-nun Mətbuat və informasiya şöbəsindən  verilən məlumata görə, Firudin Qurbanov ölkələrimizin qədim tarixi əlaqələrə malik olduğunu, dövlət başçılarının uğurlu siyasəti nəticəsində müasir dövrdə də münasibətlərin inkişaf etdiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində Macarıstanla intensiv münasibətlərin yarandığını qeyd edib.

Bir çox ali təhsil ocaqlarının yaranmasında baza rolunu oynayan BDU-nun Ümummilli lider Heydər Əliyev, Yusif Məmmədəliyev, Murtuza Nağıyev, Lev Landau, Zahid Xəlilov, Abdulla Qarayev, Bəxtiyar Vahabzadə, Mir Cəlal Paşayev, Əşrəf Hüseynov kimi dünya şöhrətli məzunlarının olduğunu, universitetin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Sərəncam imzaladığını, yubiley tədbirlərinin YUNESKO, İSESKO, bir sıra beynəlxalq universitetlər assosiasiyaları tərəfindən qeyd ediləcəyi barədə qərarların qəbul olunduğunu və bir sıra layihələrə start verildiyini diqqətə çatdırıb.

F.Qurbanov yubiley ərəfəsində olan universitetdə dünyadakı müasir tendensiyalar nəzərə alınmaqla növbəti illərdə həyata keçirilməli layihələr üzərində işlərin aparıldığını deyib. Bu baxımdan universitetlərarası əlaqələrin inkişafının mühüm əhəmiyyət daşıdığını qeyd edən F.Qurbanov Macarıstan ali təhsil sisteminin özünəməxsus üstünlüklərindən, distant təhsilin səmərəliliyindən, tədris proqramlarının müasir standartlara uyğunlaşdırılmasından, mövcud, ənənəvi tədris prosesinin yenidən təhlilindən, ümumiyyətlə, ali təhsilin bütün səviyyələri üzrə yeni yanaşmaların nəzərə alınmasının əhəmiyyətindən bəhs edib.

2019-2020-ci tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 470-dən artıq azərbaycanlı tələbənin Macarıstanda təhsil aldığını nəzərə çatdıran F.Qurbanov BDU ilə ikili diplom, magistratura və doktorantura səviyyələri üzrə təhsil mübadiləsinin, mövcud əmək bazarına uyğun rəqabət qabiliyyətli mütəxəssislərin formalaşmasının vacibliyini vurğulayıb.

BDU-da görüşündən məmnunluğunu ifadə edən cənab Viktor Sederkenyi bütün sahələrdə ölkələrarası münasibətlərin dinamik inkişafından söz açıb. O, Azərbaycan universitetləri ilə əlaqələrin inkişafını, azərbaycanlı tələbələrdən Macarıstanın Stipendium Hunqarikum təqaüd proqramına çoxsaylı müraciətlərin olduğunu müsbət dəyərləndirib. Səfir türk dövlətləri ilə xüsusilə türkologiya elmi sahəsində yeni layihələrdə maraqlı olduqlarını deyərək azərbaycanlı və macar tarixçilərindən ibarət qrupun yaradılması təklifini də irəli sürüb.

Görüş çərçivəsində Bakı Dövlət Universitetində səfirliyin dəstəyi ilə birgə konfransların təşkili, Macar Gününün keçirilməsi, Budapeştdə Azərbaycan Mərkəzinin açılması kimi məsələlər müzakirə olunub.

 

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.