Firuzə ilə sevgili olmuşuq

 

Cavanşir Məmmədovdan şok açıqlama

Tanınmış müğənni Cavanşir Məmmədov həmkarı Firuzə İbadova haqda maraqlı açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, Cavanşir Məmmədov uzun illər Firuzə İbadovaya dəstək olduğunu və onun xətrini çox istədiyini vurğulayıb:

Azərbaycana bir daha Firuzə İbadova kimi bir sənətçi gəlməyəcək. Belə sənətçilərin qədrini bilmək gərəkdir. O, yazıq adamdır, amma həm də böyük adamdır. Firuzə xanım həqiqətən də peşəkar sənətçi və yaxşı dostdur. Mən ona həm yaxın dost, həm də qardaş olmuşam. Onunla sevgili də olmuşuq. Ümumiyyətlə vətənə, dosta, qohuma da sevgi bəsləmək gərəkdir”