Mehriban xanım Əliyeva tapşırıq verdi – aktyorun müalicə xərcləri ödəniləcək

Heydər Əliyev Fondu serroz xəstəliyindən əziyyət çəkən Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimovun müalicəsini üzərinə götürüb.
XALQ.AZ xəbər verir ki, bu barədə teatrın mətbuat katibi Leyla Eynullayeva deyib.
O qeyd edib ki, aktyora qaraciyər köçürüləcək.
L.Eynullayevanın sözlərinə görə, teatr rəhbərliyi mütəmadi olaraq Y.Səlimovun səhhəti ilə maraqlanır: “Hazırda müalicə davam edir. Bu məsələ Sumqayıt Şəhər İcra Hakimiyyətinin diqqət mərkəzindədir. Müayinə, müalicə zamanı bütün dərmanlar ödənişsiz təmin olunur. Hazırda donorun analizlərinin cavabı gözlənilir. Nəticələr əldə edilən kimi Heydər Əliyev Fondunun yardımı ilə aktyora Azərbaycan xəstəxanalarından birində qaraciyər köçürüləcək”.

Yeganə


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.